media-b08tkrb1lgyijao8wybqgscvfn1wbw4ynw8lvgst_1200
media-bant_master

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə gəldiyini və orada Rusiya ilə münaqişədə atəşkəslə bağlı danışıqlara başladığını bildirib.

ERAmedia xəbər verir ki, Administrasiya rəhbərinin Telegram kanalında dərc olunan yazıda ölkə rəhbərinin “bütün planlaşdırılan görüşlərin tutulan qrafikdə və işgüzar atmosferdə keçirildiyini” vurğulanır.

Yazıda Zelenskinin Donald Tramp administrasiyasının nümayəndələri, xüsusən  Stiv Vitkovla sıx əlaqədə olduğu vurğulanır.

Bir gün əvvəl Zelenski Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqların bərpasına hazırlıq üçün 19 noyabrda Türkiyədə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlamışdı.

Xatırladaq ki, açıqlamadan əvvəl Rusiya Federasiya Şurası Kiyevdə “siyasi qazanın” qaynadığını bildirmişdi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər