media-1782558544745753328_1200x630jpg_1782563141

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankeri vurulub.

ERAmedia xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə tankerin mühərrik bölməsinə dəyib və nəticədə gəmi idarəetməni itirib. Hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər