media-photo_5404874342820158950_x

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “İçərişəhər” metro stansiyasından sonra dönmə qurğusunun tikintisi nəzərdə tutulub.

Dövlət proqramına əsasən, layihələndirmə və tikinti işlərinin 2025–2027-ci illərdə həyata keçirilməsi, qurğunun isə sonradan istismara verilməsi planlaşdırılır. “Bakı Metropoliteni”nin məlumatına görə, layihə qatarlararası intervalın azaldılmasına, sərnişin axınının daha təhlükəsiz təşkilinə və pik saatlarda qatarların hərəkətinin çevik idarə olunmasına xidmət edəcək. Bəs layihə hazırda hansı mərhələdədir, tikinti işləri üzrə hansı addımlar atılıb və qurğunun nə vaxt istifadəyə verilməsi gözlənilir?

Mövzu ilə bağlı Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı metropoliteninin “İçərişəhər” stansiyasında keçid kamerasının və yeraltı dayanacağın tikintisi plana uyğun olaraq davam edir:

”Tikinti-quraşdırma işlərinin tamamlanması 2028-ci ilin sonuna planlaşdırılır. Yeniliklər olduqda ictimaiyyətə təfsilatlı məlumatlar təqdim ediləcək”.


media-adspc

Bənzər xəbərlər