media-866146825_28736990935971068_6994548121361663083_n
Kitab sərgisi çərçivəsində keçirilən “Öz yazarını seç” mənə görə, ilk növbədə, bayağı ideyadır.
Bu yaxınlarda həmin siyahıda yer alan iki-üç müəllifin ziyalı-ziyasız dost-tanışı mənə link göndərib xahiş etdi ki, filan yazıçıya səs verim.
Dedim, axı mən bunların heç birinin oxucusu deyiləm. Nəyə əsasən səs verim?
Cavab çox sadə və bizim ictimai düşüncəmizə çox uyğun oldu:
— Əşşi, neynirsən, sən tıkını göndər də!
Bax, ədəbiyyatımızın ən ciddi problemlərindən biri elə bu “tıkını göndər də” fəlsəfəsində gizlənib. Kitabı oxumağa, müəllifi tanımağa, mətnin bədii çəkisini ölçməyə ehtiyac yoxdur. Bir link, bir xahiş, bir klik vəssalam. Ədəbiyyatın taleyinə dair qərarımız hazırdır.
Maraqlıdır ki, bu siyahıda seçki saxtakarlığı haqqında kitab yazmış müəllif də var.
Təsəvvür edin, seçkidə saxtakarlığı ifşa etmək üçün kitab yazan adamın özünə səs toplamaq üçün saxta üsullara əl atması ehtimalı ortaya çıxır.
Əsas odur, müəllif məşhur, hörmətli adam olsun. Nə yazıb, necə yazıb, ümumiyyətlə, yazdıqları oxunmağa dəyərmi bunlar artıq ikinci dərəcəli məsələlərdir. Adamın adı varsa, nüfuzu varsa, bir də dost-tanış çevrəsi genişdirsə, deməli, ədəbiyyat adına lazım olan bütün keyfiyyətlər mövcuddur.
Bəlkə də “Öz yazarını seç” oyununun qaydalarına bir bənd də əlavə etmək lazımdır: Səs verməzdən əvvəl heç olmasa namizədin bir kitabını oxuyun. Yox, bu da çox ağır tələbdir. Elə birinci səhifəni oxuyun. O da alınmırsa, heç olmasa müəllifin adını kitabla səhv salmayın.

media-adspc

Bənzər xəbərlər