Qubadlı rayonu Aşağı Mollu kənd orta məktəbinin X sinif şagirdi Nuray Həsənzadə dünya çempionu olub.
Nuray Həsənzadə Şimali Kiprin Girne şəhərində keçirilən BUDO döyüş növləri üzrə Açıq Dünya Çempionatında birinci yerə layiq görülüb.
15 yaşlı dünya çempionu həm də ikiqat Azərbaycan çempionudur.