media-w_1617930794463325652757_1200x630

Böyük Qayıdışın yeni ünvanlarından biri də Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, xatirələrinin iz saldığı küçələrə, uşaqlıqlarının keçdiyi torpaqlara qayıdacağı gün artıq uzaqda deyil. Vaxtilə həyatın öz axarı ilə davam etdiyi bu kənddə indi yenidən evlər tikilir, yollar salınır, sosial infrastruktur yaradılır.

Görülən işlərin böyük bir hissəsinin başa çatması, doğma yurda qayıdışın yaxınlaşdığından xəbər verir. Tezliklə Dövlətyarlı yenidən sakinlərinin səsi, uşaqların gülüşü ilə canlanacaq, doğma torpaq öz sahiblərinə qucaq açacaq.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Təranə Quliyeva müsahibəsində bildirib ki, Füzuli rayonunun Dövlətyarlı kəndində Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.


media-adspc

Bənzər xəbərlər