Tunar Bağırov beynəlxalq yarışın mükafatçısı olub
Stolüstü tennisçi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.
ERAmedia-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, söhbət “Riga City Council’s Youth Cup 2026” turnirindən gedir.
Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolüstü tennisçi, U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.
Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Bağırov yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.
Qeyd edək ki, bu, istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.









