media-8f846714307e3d192f55a0dcb40d5b09

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun ailəsi ilə birlikdə çəkilmiş 1912-ci ilə aid fotosu diqqət çəkir.

ERAmedia xəbər verir ki, fotoda görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov ailə üzvləri ilə birgə təsvir olunub.

Tarixi foto XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin məişətini, geyim mədəniyyətini və ailə ənənələrini əks etdirən maraqlı vizual materialdır.

Əlimərdan bəy Topçubaşov Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri kimi fəaliyyət göstərib, ölkənin müstəqilliyinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görüb.

Vural


media-adspc

Bənzər xəbərlər