...bu seçkiləri uduzduğumuz aydındır - Vuçiç
Serbiyanın keçmiş Prezidenti Aleksandr Vuçiç ölkənin hakim Serb Tərəqqi Partiyasının parlament seçkilərində məğlub olduğunu açıqlayıb.
ERAmedia xəbər verir ki, o, seçkilərdə müxalif “Tələbə siyahısı”nın üstünlük qazandığını etiraf edib.
“Apardığımız hesablamalara əsasən, bu seçkiləri uduzduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib”, – keçmiş prezident vurğulayıb.
Bununla yanaşı, Vuçiç seçkilərin yekun nəticələrinin hələ açıqlanmadığını da qeyd edib.
Qeyd edək ki, A.Vuçiç sentyabrın 27-də istefa vermişdi.










