Sabunçuda bu yol təmir olunacaq
Sabunçu rayonunun Yeni Ramana küçəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
ERAmedia-ya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məumat verilib.
Agentlik tərəfindən sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.









