media-w_1517929236394189926520_1200x630

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti qələbəsini qazanıb.

ERAmedia xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Andorra ilə üz-üzə gəlib. Görüş millinin qələbəsi ilə yekunlaşıb – 1:0

Komandamızın növbəti rəqibi Avstraliya seçməsi olacaq. Bu gün saat 19:30-da başlayacaq bu matç da Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.


media-adspc

Bənzər xəbərlər