media-1792864857318018470_1200x630

İlk növbədə, futbolçuları təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə də özünü göstərdi. İkinci hissədə futbolçular toparlana bildilər və layiqli qələbə qazandılar.

ERAmedia xəbər verir ki, bu sözləri Azərbaycan U-16 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O bildirib ki, qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz: “Bizim işimiz hələ yeni başlayır. Çalışmalıyıq ki, maksimum nəticə qazanaq və qrupu liderlər sırasında başa vuraq. Rəqiblərimiz kifayət qədər güclü komandalardır. Bu gün artıq onların oyunlarını da izlədik. Hər biri qələbə qazanmaq uğrunda mübarizə aparır. Ev sahibi kimi turnirdə uğurlu iz qoymaq niyyətindəyik”.


media-adspc

Bənzər xəbərlər