Müdafiə sənayesinə investisiyalar Macarıstan iqtisadiyyatına milyardlarla avro qazandıra bilər
Macarıstanın müdafiə sənayesinin inkişafı ölkə iqtisadiyyatına milyardlarla avro həcmində əlavə dəyər qazandıra bilər.
ERAmedia xəbər verir ki, bu məsələ Budapeştdə keçirilən Beynəlxalq Müdafiə Maliyyələşdirilməsi Konfransında müzakirə olunub.
Konfransda Avropada müdafiə xərclərinin artırılmasının sənaye istehsalına, investisiyalara və iqtisadi rəqabət qabiliyyətinə təsiri diqqət mərkəzində olub. Müzakirələr zamanı Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının yaradılması təşəbbüsü də nəzərdən keçirilib. Təklif olunan maliyyə institutunun müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən müəssisələrə uzunmüddətli maliyyə dəstəyi verməsi nəzərdə tutulur.
Halftermayer & Partners şirkətinin nümayəndəsi Ferens Antalın hesablamalarına görə, Macarıstanda yerli əlavə dəyərin 10 faizdən 40 faizədək artırılması növbəti dörd ildə iqtisadi nəticələr arasında 14 milyard avroluq fərq yarada bilər. Bu rəqəm ehtimal olunan ssenarilərə əsaslanır.
Ekspertlər vurğulayıblar ki, maliyyələşdirmə imkanlarının genişləndirilməsi yerli istehsalı gücləndirə və beynəlxalq əməkdaşlığı inkişaf etdirə bilər.









