media-1792759327583493339_1200x630

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycan idmançısı Elmir Rzalı uğurla çıxış edib.

ERAmedia  AZƏRTAC–a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq səviyyəli bodibilderi, Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev məlumat verib.

O bildirib ki, idmançı “Jr. Men’s Athletic” kateqoriyasında gümüş medal qazanaraq Avropa çempionatının mükafatçısı olub.

Elmir Rzalı Vətən müharibəsində şəhid olmuş Əli Rzalının qardaşıdır.


media-adspc

Bənzər xəbərlər