media-whatsapp-image-2026-10-23-at-10-46-16

ABŞ prezidenti Donald Tramp fərdi ev sahibi olmağı və ipoteka kreditlərinin (mortgage) xərclərini azaltmağı hədəfləyən fərman imzalayıb.

ERAmedia xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilib ki, Trampın imzaladığı fərmana əsasən, Federal Mənzil Maliyyələşdirmə Agentliyinin (FHFA) direktoruna borcalanlar mövcud bazar dəyəri əsasında müəyyən edilən öz kapitalı tələblərini yerinə yetirdikdən sonra ipoteka sığortası haqlarının ləğvinə imkan verən pilot proqramın hazırlanması tapşırılıb.

Qeyd olunub ki, bu təşəbbüsün əsas məqsədi müəyyən edilmiş şərtlərə cavab verən ipoteka krediti borcalanlarının aylıq xərclərini azaltmaqdır.

Fərmana əsasən, FHFA-nın mülkiyyət hüququnun sığortasından azadolmanı nəzərdə tutan pilot proqramının da daimi tətbiqə keçirilməsi planlaşdırılır. Bu addım borcalanlara mülkiyyət hüququnun sığortası ilə müqayisədə daha ucuz alternativlərdən istifadə etmək imkanı yaradacaq.

Açıqlamada vurğulanıb ki, bu dəyişikliklər ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi zamanı ödənilən rəsmiləşdirmə xərclərinin, eləcə də ev sahibi olma ilə bağlı aylıq ödənişlərin azaldılmasına kömək edəcək.

Bundan əlavə, mənzillərin keyfiyyətinin yaxşılaşdırılması və tikinti xərclərinin aşağı salınması məqsədilə müasir istehsal üsullarının tətbiqini təşviq edəcək işçi qrupunun yaradılması nəzərdə tutulur.

Ağ Evin məlumatına görə, Tramp, həmçinin, ABŞ-ın kənd təsərrüfatı nazirinə və veteranlarla iş üzrə nazirinə onların rəhbərlik etdiyi qurumlar vasitəsilə verilən fərdi yaşayış evləri üçün ipoteka kreditlərinin faiz dərəcələrinin azaldılması ilə bağlı tapşırıq verib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər