media-1792829718319117705_1200x630

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində əməkdaşların dispanser müayinələri təşkil olunub.

FHN-dən ERAmedia -ya bildirilib ki, oktyabrın 6-dan 23-dək FHN-in Tibb Xidmətinin Hospitalı tərəfindən keçirilən müayinələr zamanı Aran bölgəsində fəaliyyət göstərən yerli struktur bölmələrin əməkdaşları laborator və instrumental diaqnostik müayinələrdən keçirilib. Sağlamlıq problemləri aşkarlanan əməkdaşlara müvafiq müalicə kursları təyin edilib.

Qeyd olunub ki, FHN-in Tibb Xidməti əməkdaşların sağlamlıq vəziyyətini daim diqqətdə saxlayır. Bu məqsədlə Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilir.

Belə müayinələr şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası, eləcə də əməkdaşların xidməti fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

media-17928297181831339587_1200x630 media-179282971815919257_1200x630


media-adspc

Bənzər xəbərlər