Koçaryanın da həbs müddəti uzadılıb
Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini iki ay uzatmaq barədə qərar çıxarıb.
ERAmedia xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb.
Qeyd edək ki, bu gün Korrupsiya ilə Mübarizə Məhkəməsi Robert Koçaryanın oğlu Sedrak Koçaryanın da həbs müddətini iki ay uzadıb.










