media-eh8rsnd3ge1pab1stzsko5r5972xih7tamj3sy8z_1200

Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.

ERAmedia xəbər verir ki, bu barədə səfir özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

“Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi”, – M. Əhmədzadə yazıb.


media-adspc

Bənzər xəbərlər