Kiyev şərtləri pozub - Mask
“SpaceX”in təsisçisi İlon Mask Ukraynanın “Starlink” peyk sisteminin istifadə şərtlərini pozduğunu və bunun nəticəsində peykin fəaliyyətini məhdudlaşdırdığını bildirib.
ERAmedia xəbər verir ki, Mask “X”də yazıb: “Ukrayna ordusu “Starlink”in istifadə şərtlərini pozub və ondan insanları öldürmək məqsədi daşıyan hücum dron hücumları üçün istifadə edib. Bu boşluq ötən həftə aradan qaldırılıb.
“Starlink” Ukraynanın müdafiəsi üçün çox vacibdir. Əgər Starlink sıradan çıxarılarsa, Ukraynanın cəbhə xətti dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə bir faktdır”.










