media-1ef4b2c0-d0bf-11f1-b059-63397a00826b-jpg

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının ABŞ Qran-Prisinin qalibi olub.

ERAmedia xəbər verir ki, yarış ABŞ-nin Texas ştatının Ostin şəhərində keçirilib.

İlk üçlüyə “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler və “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen də daxil olublar.

Yarışın növbəti mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.


media-adspc

Bənzər xəbərlər