...hər il dünyada təxminən 12 milyard iş günü itirilir - ARAŞDIRMA
İş yerində stress: problem insanlarda deyil, idarəetmə sistemində də ola bilər
Gallup-un 2026-cı il State of the Global Workplace hesabatına əsasən, 2025-ci ildə dünya üzrə çalışanların 40%-i əvvəlki günün böyük hissəsində stress yaşadığını bildirib. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə isə depressiya və təşviş səbəbindən hər il dünyada təxminən 12 milyard iş günü itirilir, məhsuldarlıq itkisi isə iqtisadiyyata ildə 1 trilyon ABŞ dollarına başa gəlir.
2026 Global Data Summary – Gallup
Müşahidələrimə görə, iş mühitində stressi yaradan və iş axınını pozan üç əsas amil var:
1. İnsan amili: toksik davranışlar, sayqısızlıq və psixoloji təzyiq.
2. Sistem amili: qeyri-müəyyən məsuliyyətlər, səmərəsiz proseslər və qərarların gecikməsi.
3. Kommunikasiya amili: aydın olmayan tapşırıqlar, ziddiyyətli gözləntilər və yanlış geribildirim.
Bu risklər WHO tərəfindən də tanınır: təşkilati mədəniyyət, dəstəyin olmaması, qeyri-müəyyən vəzifələr və zəif kommunikasiya iş yerində psixoloji sağlamlığa təsir edən amillər sırasındadır.
Strateji nəticə: İşçi itkisini yalnız əməkhaqqı və motivasiya ilə izah etmək düzgün deyil. Rəhbərlik toksik davranışları idarə etməli, prosesləri sadələşdirməli və kommunikasiyanı aydınlaşdırmalıdır.
Bəzən şirkətin ən böyük problemi işin çoxluğu deyil, işin necə təşkil edilməsidir.









