Zelenski atəşkəs açıqlaması verib
Enerji atəşkəsi Rusiyanın müharibəni bitirməyə həqiqi hazırlığının ilk siqnalı ola bilər.
ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “TSN.Nedelya”nın aparıcısı Alla Mazur ilə müsahibəsində bildirib.
“Enerji atəşkəsi ilk addımdır. Mən inanıram ki, bu, bir siqnal ola bilər”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Ukrayna texniki qrup səviyyəsində üçtərəfli danışıqlara hazırdır və bu danışıqlar konkret nəticələrə gətirib çıxarmalıdır.
Zelenskinin sözlərinə görə, tərəflər müharibəni bitirən sənəd, enerji atəşkəsi haqqında razılaşma və ya dəniz gəmiçiliyinin açılması barədə razılığa gələ bilərlər.
Xəbər verildiyi kimi, Prezident Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiyanın noyabrın birinci yarısında danışıqlar qrupu səviyyəsində üçtərəfli görüş keçirmək barədə razılığa gəldiyini bildirib.









