media-pasinyan-996-900x600

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə tərəfdarı olan qüvvələrin məğlubiyyətə uğradığını bildirib.

ERAmedia xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində canlı yayım zamanı danışıb.

O bildirib ki, bunu yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələrində də görmək mümkündür.

Baş nazir Ermənistanda “xaricdən idarə olunan casus müxalifətinin kökünü kəsməyin” vacib olduğunu vurğulayıb.

“Ermənistanda dövlət maraqlarını əsas götürən yeni müxalifət formalaşmalıdır. Lakin bu müxalifəti hökumət yaratmamalıdır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, yeni müxalifətin formalaşdırılması məsələsi ətrafında ictimai dinləmələr təşkil etmək lazımdır.


media-adspc

Bənzər xəbərlər