Ceff Bezos yeni layihəni işə salıb
Milyarder Ceff Bezos süni intellekt sahəsində “Project Prometheus” startapını işə salıb və startap artıq 6.2 milyard dollar həcmində investisiya əldə edib.
ERAmedia xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin qeyd etdiyinə görə, “Prometheus” erkən maliyyələşdirmə mərhələsində cəlb etdiyi vəsaitin həcminə görə dünyada startaplar arasında liderlərdən birinə çevrilib.
Layihə kompüterlərin, avtomobillərin və kosmik aparatların layihələndirilməsi və istehsalı üçün süni intellekt hazırlayacaq.
Bezos startapın iki baş direktorundan biridir. Bu, onun 2021-ci ildə “Amazon”dan getdikdən sonra ilk rəhbər vəzifəsi olacaq. İkinci baş direktor vəzifəsinə isə əvvəllər “Google”da X laboratoriyasında işləmiş Vik Bacac təyin edilib.









