media-525011036_1046279717492993_4813163253571357437_n
media-bant_master

495-ci ildə yaradılmış Şaolin məbədinin keçmiş başçısı maliyyə cinayətlərində şübhəli bilinərək həbs edilib.

ERAmedia xəbər verir ki, bu barədə “Baaron’s” portalına istinadla xəbər verir.

Çinin Sinsyan Şəhər Prokurorluğunun məlumatına görə, 60 yaşlı Şi Yunsin dövlət qulluqçusu olmayan şəxs kimi mənimsəmə, vəsaitlərin qanunsuz olaraq ələ keçirilməsi və rüşvət alma hallarında şübhəli bilinir.

Həbs qərarı ilkin yoxlamanın başa çatmasından sonra təsdiqlənib.

1999-cu ildən bəri məbədin başçısı vəzifəsində çalışan Şi Yunsin iyul ayında vəzifəsindən rəsmi olaraq kənarlaşdırılıb. Həmin vaxt o, “son dərəcə pis davranış” və Çin Buddist Assosiasiyasının sözlərinə görə, “buddist icmasının nüfuzuna zərər vuran” pozuntularla bağlı rahib statusundan da məhrum edilmişdi.


media-adspc

Bənzər xəbərlər