Cozef Borrelldən ABŞ-ə İTTİHAM
Donald Trampın rəhbərliyi altında ABŞ artıq Avropa Birliyinin (AB) müttəfiqi hesab edilə bilməz.
ERAmedia bildirir ki, bu sözləri Avropa diplomatiyasının keçmiş rəhbəri Cozef Borrell sosial media platforması X-də yazaraq fikrini davam etdirib: “Ukraynada müharibəyə son qoymaq üçün 28 maddəlik planın ortaya çıxmasından sonra Trampın ABŞ-ı artıq AB müttəfiqi hesab edilə bilməz”.
Daha sonra Borrel təkif edilən planla hətta öz təhlükəsizliyinə təsir edən məsələlər barədə məsləhətləşmələr aparmayan ABŞ-ın siyasətindəki bu dəyişikliyi qəbul etməli olduğunu xatırladaraq yaranan sullara cavab verməli olduğunu bildirib.
ABŞ administrasiyası əvvəllər Ukrayna münaqişəsinin həlli üçün plan hazırladığını elan etmiş və işin hələ də davamı üçün onun təfərrüatlarını hələlik müzakirə etməyəcəyini bildirmişdi.
Kreml isə ənənəvi olaraq “Rusiyanın danışıqlara açıq qaldığını və Ankoric müzakirələrinə sadiqliyini” bəyan edib.
Ural Dəyirmançı









