media-176373202247537884_1200x630
media-bant_master

Hindistan hərbi hava qüvvələrinə məxsus “Tejas” yüngül döyüş təyyarəsi Dubayda davam edən beynəlxalq aviaşouda nümunəvi uçuş zamanı qəzaya uğrayıb.

ERAmedia  Hindistan mediasına istinadla xəbər verir ki, qəza nəticəsində pilot ölüb. Hindistan hərbi hava qüvvələri qəzanın səbəblərini araşdırır.

Qeyd edək ki, aviaşouda Hindistanın “Suryakiran” akrobatik komandası və “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan “Tejas” qırıcıları iştirak edir. Hindistan hökuməti 1983-cü ildə “Tejas” təyyarələrinin istehsalına başlamağa qərar verib. İlk olaraq təyyarələrin 1994-cü ildə istismara verilməsi planlaşdırılsa da, bu, yalnız 2015-ci ildə mümkün olub.


media-adspc

Bənzər xəbərlər