Ərdoğandan Bağçalının Öcalanla görüş təklifinə-MÜNASİBƏT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşməyə hazır olmasına dair açıqlamasına münasibət bildirib.
ERAmedia-nın xəbərinə görə, Ərdoğan bildirib ki, Dövlət Bağçalının ilk gündən verdiyi bəyanatlar “Terrorsuz Türkiyə” prosesinin bu səviyyəyə gəlməsində misilsiz töhfə verib.
O, bu cür açıqlamaların ölkədə sülh və təhlükəsizlik səylərinə dəstək olduğunu vurğulayıb.









