media-15424
media-bant_master

Qonşu ölkədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən baxılan cinayət işinin ilkin istintaqı zamanı Sevan Penitensiar Müəssisəsinin rəis müavininin gəlir deklarasiyası şübhə yaradıb.

ERAmedia yerli mətbuata istinadən bildirir ki, deklarasiyada rəis müavini təxminən 35 milyon dram (txminən 92 min dollar) dəyərində xüsusilə böyük məbləğdə pul bəyan edlməyib. O, 30 aprel 2021-ci ildə Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyaya təqdim etdiyi 2020-ci il üçün illik aktivlər, gəlirlər və əlaqəli şəxslər haqqında bəyannaməyə başqa bir şəxsin adına bank hesabına yatırılan, lakin əslində ona məxsus olan xüsusilə böyük məbləğdə pulu – 11 milyon dram – daxil etməyib. Bundan əlavə, 2020-ci ildə onun aktivləri təxminən 14 milyon dram artaraq qanuni gəlirini xeyli üstələyib və ağlabatan izahat verilməyib. İlkin araşdırma zamanı həmçinin məlum olub ki, vəzifəli şəxs 29 mart 2024-cü il tarixində təqdim etdiyi 2023-cü il illik gəlir vergisi bəyannaməsində xüsusilə böyük məbləğdə pul bəyannaməsini təqdim etməyib. Bəyannamədə yalnız maaşını gəlir kimi göstərib, 2023-cü ildə başqa bir şəxsin adına bank hesabına 23 milyon dram yatırıb ki, bu da onun qanuni gəlirindən xeyli çoxdur və ağlabatan izahat verməyib.

Yuxarıda qeyd olunan hərəkətlərə görə Sevan Penitensiar Müəssisəsinin rəis müavini ER Cinayət Məcəlləsinin 444-cü maddəsinin 2-ci bəndi və 443-cü maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.

Ona qarşı qətimkan tədbiri kimi məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin ilkin istintaqı başa çatıb, iş materialları və ittiham aktı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.


media-adspc

Bənzər xəbərlər