media-doggerbank-15
media-bant_master

Böyük Britaniyanın külək turbinləri elektrik enerjisi istehsalında rekordu qıraraq istehsalı 22,7 milyon kVt/saata çatdırıb.

ERAmedia xəbər verir ki, fantastik görünəcək xəbəri “Naked Science” nəşri yayıb.

Milli Elektrik Şəbəkəsi Operatorunun (Neso) məlumatına görə, bu miqdarda elektrik enerjisi 22 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün kifayət edib.

Yeni rekord 18 dekabr 2024-cü ildə qeydə alınan 22,5 milyon kilovat-saatlıq əvvəlki rekordu üstələyib.

Neso bildirib ki, 205-ci il noyabr ayının 11-i tarixində külək enerjisi Böyük Britaniyanın ümumi elektrik enerjisinin 43,6%-ni istehsal edərək Britaniya evlərinin dörddə üçündən çoxunu elektrik enerjisi ilə təmin edib.

Külək turbinləri Böyük Britaniyada ən böyük elektrik mənbəyinə çevrilib. Külək enerjisi məlumat bazasa RenewableUK-da ifdə olunan göstəricilərə görə, ölkədə şəbəkəyə qoşulmuş təxminən 32 milyon kilovatt külək gücü var ki, bu da quruda və dənizdə yerləşən turbinlər arasında bərabər bölünüb.


media-adspc

Bənzər xəbərlər