İran ordusunda mühüm KADR dəyişkənliyi
Briqada generalı Əli Cahanşahi İran Ordusunun quru qüvvələrinin yeni komandanı təyin edilib.
ERAmedia-nın məlumatına görə, xəbəri “Mehr” xəbər agentliyi yayıb.
Yeni komandan əvvəllər 77-ci “Tamen Əl-Eme” diviziyasının komandiri, quru qüvvələrinin koordinator müavini və Xatəm əl-Ənbiya mərkəzi qərargahında qiymətləndirmə üzrə müavin vəzifələrin çalışıb.
Quru qüvvələrinin komandanlığını öz üzərinə götürən Cahanşahi ordunun əməliyyat hazırlığının artırılması ilə bərabər, İranın quru hərbi əməliyyatlarına və təlim proqramlarına nəzarət edəcək.
Bundan əvvəl adıgedən vəzifədə general-mayor Kumars Heydari çalışıb
Ural Dəyirmançı










