media-583935689_1390600753076700_9002296414179108807_n
media-bant_master
Noyabrın 9-da Almaniyadan İstanbula gələn və Fatihdəki hoteldə qalan Böcek ailəsinin faciəli ölümü bütün Türkiyəni sarsıdıb. Ana və iki azyaşlı uşağın ölümü ilə nəticələnən hadisədən sonra günlərlə reanimasiyada həyat uğrunda mübarizə aparan ata Servet Böcek də noyabrın 17-də vəfat edib.
ERAmedia Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, ailə üzvlərinin alüminium fosfid tərkibli maddə ilə zəhərləndiyi ehtimal olunur.
İstintaq həmin zəhərli maddənin hotelin dezinfeksiya işləri zamanı vanna otağındakı ventilyasiya dəliyindən otağa sızdığını güman edir.
Hadisə ilə bağlı məsuliyyət daşıdığı iddia edilən dörd nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

media-adspc

Bənzər xəbərlər