media-rian_6555119-hr-ru
media-bant_master

Məşhur Reper Ptaxanın (David Nureyev) Moskvadakı üçotaqlı mənzili kommunal xidmətlərə görə yaranan 400.000 rubl borc səbəbindən müsadirə olunub.

ERAmedia “SHOT”-a istinadən xəbər verir ki, sənətçinin Basmannı küçəsindəki 75 kvadratmetrlik mənzili hazırda təxminən 35 milyon rubl dəyərində qiymətləndirilir.

Nureyevin əmlakı 2013-cü ildə ipoteka krediti ilə aldığı, 2017-ci ilin oktyabr ayından bəri kommunal xidmətlərini ödəmədiyinə görə Krasnoselski rayon mənzil və kommunal xidmətlər şöbəsinə 372.000 rubl borcu yaranıb.

Mənzil şöbəsi bir neçə məhkəmə iddiası qaldırıb və məhkəmə icraçıları əmlak üzərinə həbs qoyublar. Bu isə o deməkdir ki, reper borcu ödəyənə qədər mənzili sata, bağışlaya və ya kirayə verə bilməyəcək. Həmçinin Ptaxanın 2024-cü ilin may ayından bəri yol hərəkəti qaydalarını pozduğu üçün gələn cərimələri ödəmədiyi aşkar edib. Bununla da reperin təhlükəsizlik kəməri taxmadığı və sürət həddini aşdığı üçün ümumi məbləği 440.000 rubl olan 179 ödənilməmiş cəriməsi yığılıb.

İlk baxışda, baş verənlərin normal hal olduğu görünür, bizim məşhur tamaşada deyildiyi kimi: “Şərab içibsən, pulunu ver!”, amma 3 il əvvəlki o hadisə olmasaydı.

Belə ki, bu xəbərdən sonra Rusiyada çoxları 2022-ci ilin dekabr ayında NTV-nin “Mesto vstrechi” (Görüş yeri) tok-şousunu xatırlayıblar. Həmin verilişdə Ptaxa gənclərin Rusiya-Ukrayna müharibəsinin mənasını başa düşmədiyini, rusiyalı çağırışçıların “qırğına qoyun kimi sürüldüyünü” və xəstə insanların heç bir tibbi müayinədən keçmədən cəbhəyə göndərildiyini bildirmişdi.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər