Prezident o qanunu imzalamağa məcbur oldu
ABŞ Prezidenti Donald Tramp ölkəsinin ədliyyə nazirliyindən maliyyəçi Ceffri Epşteynə qarşı aparılan tam federal istintaqın məxfiliyini 30 gün ərzində götürülməsini tələb edən qanun imzalyıb.
ERAmedia xəbər verir ki, Prezident bu barədə sosial media hesabı olan Truth Social-da məlumat verdi.
Onun sözlərinə görə, sənədlərin açıqlanması Epşteynin bir neçə tanınmış siyasətçi və sahibkarla əlaqələri barədə həqiqətlərə işıq salacaq. Onlar arasında sabiq prezident Bill Klinton, keçmiş maliyyə naziri Larri Sammers, LinkedIn-in həmtəsisçisi və Demokrat donor Rid Hoffman və Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris var.
Tramp bildirib ki, Konqres qanunu qəbul edərsə, Epstein işinin tam şəkildə açıqlanmasına icazə verməyə hazırdır.
Xatırladaq ki, 238 səhifəlik kitabda Epşteynin bir çox dostunun göndərdiyi mesaj və fotoşəkillər, həmçinin ABŞ prezidenti Donald Trampın imzasına olduqca bənzəyən imza ilə bir məktub var. Trampın özü maliyyəçiyə təbrik məktubu göndərdiyini inkar edir.
Hədiyyə kitabı əvvəlcə Epşteyn üçün 2003-cü ildə, ona qarşı cinsi istismar iddiaları ictimaiyyətə açıqlanmadan üç il əvvəl hazırlanıb.
Dövlət və hökumət xadimləri ilə yaxın əlaqələri olan Epşteyn, cinsi cinayətlərə görə məhkum edilmiş, 2019-cu ildə insanları cinsi köləliyə aparmaqda ittiham olunaraq məhkəməsini gözlədiyi ABŞ həbsxanasında intihar edib.
Ural Dəyirmançı










