Qazaxstanda qeyri-adi ÖLÜM
Qazaxıstan mediasının verdiyi məlumata görə, Qazaxıstanda taxıl elevatoru işçisi taxılın içində boğulub.
ERAmedia bildirir ki, ölkə xəbər saytlarının yaydığı məlumata görə, 34 yaşlı qadının 30 metr dərinlikdəki taxıl deposuna yıxıldığı bildirilir.
İşçilər xilasediciləri çağırsalar da onlar ancaq qadının boğulma nəticəsində öldüyünü təsdiqləyə biliblər.
Regional polis idarəsinin mətbuat xidməti isə istehsal müəssisəsində əməyin təhlükəsizliyi qaydalarının pozulmasını təsdiqləyib, pozuntuya görə cinayət işinin açıldığını və istintaqın aparıldığını deyiblər.
Ural Deyirmançı










