media-image_940x520_68c70b540e79a
media-bant_master

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi çağıraraq ölkənin hava məkanının pozulmasına etiraz edib.

ERAmedia-nın məlumatına görə, bu barədə yerli “Informat.ro” portalı məlumat yayıb.

Diplomata 11 noyabr gecəsi Rusiya pilotsuz təyyarəsinin Rumıniya hava məkanını pozduğuna dair təkzibolunmaz dəlillər təqdim edilib.

Rumıniya hakimiyyəti Ukraynada mülki infrastruktura edilən hücumlarda iştirakını göstərən pilotsuz təyyarənin qalıqlarını aşkar edib.

KİV-in məlumatına görə, Rumıniya bu hücuma sərt etirazını bildirib və vətəndaşlara, həmçinin region üçün təhlükəsizlik risklərini vurğulayıb.


media-adspc

Bənzər xəbərlər