Rusiyanın “Su-30” qırıcı təyyarəsi qəzaya uğrayıb
Rusiyanın Kareliya Respublikasında “Su-30” qırıcı təyyarəsi qəzaya uğrayıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, qəza nəticəsində ekipaj həlak olub.
Bildirilir ki, hadisə bu gün axşam saatlarında təlim uçuşu keçirilərkən baş verib.










