media-image_750x_6925baab4cd8e
media-bant_master

Ermənistan Respublikasının ikinci ən böyük şəhəri Gümrünün meri, külli miqdarda rüşvət almaqda şübhəli Vardan Qukasyan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasının rəisi Robert Tamarayana məktub yazıb.

ERAmedia yerli mətbuata istinadən xəbər verir ki, o, məktubunda MTX təcridxanasında saxlanılan arxiyepiskoplar Baqrat və Mikayılın kamerasına köçürülməsini xahiş edib.

Yerevan-Kentron cəzaçəkmə müəssisəsi şəhər merinin xahişini rədd etdyi bildirilir.

Xatırldaq ki, Vardan Qukasyana qarşı dörd cinayət işi açılıb. Onlardan ikisi rüşvət və korrupsiya, digər ikisi isə ictimai çıxışları ilə bağlıdır.

Ural Dəyirmançı

 

 


media-adspc

Bənzər xəbərlər