media-ymyzfmwy9vr5azjv17ul2u7hotvacvbnjnrnulvv_1200
media-bant_master

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Prezidenti Əhməd əş-Şaranın adını terrorçular siyahısından çıxarıb.

ERAmedia Milli.Az-a istinadən bildirir ki,  bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidan Əhməd əş-Şaranın BMT-nin terrorçular siyahısından çıxarılmasını vacib addım kimi qiymətləndirib və bunun üçün BMT-yə təşəkkürlərini çatdırıb.

“Bu, Suriyanın iqtisadi rifahı və regional sabitliyi üçün böyük əhəmiyyət kəsb edirdi”, – deyə nazir əlavə edib.


media-adspc

Bənzər xəbərlər