media-2064219528
media-bant_master

Konqres üzvü Marjorie Taylor Qrin Amerika Birləşmiş Ştatlarına xəyanət edib.  

ERAmedia xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp bunu özünün sosial media səhifəsi TruthSocial-da yazıb.

O, iddia edir ki, Qrin özünü qurban kimi göstərməyə çalışsa da, problemlərin “başlıca səbəbkarıdır”. Trampın qənaəti belədir: “Kimsə ölkəmizə xəyanət edən bu xainə əhəmiyyət verməməlidir!”.

Noyabrın 15-də Tramp seçkilərdə keçmiş tərəfdarı, Konqresin aşağı palatasının üzvü Qrini dəstəkləməyəcəyini açıqlaməşdı. Tramp bildirirdi ki, onunla qanunverici arasında münaqişə Qrinə sorğunun nəticələrini göndərdikdən sonra yaranıb. Nəticələrdə konqres üzvü Corciya qubernatorluğuna və ya həmin ştatdan senatorluğa namizəd olsaydı, səslərin yalnız 12%-ni alacağı göstərilirdi.

Amerika liderinə görə, Onun dəstəyi olmasaydı, Qrinin qalib gəlmək şansı azca da yox idi.

Tramp həmçinin qeyd edib ki, Nümayəndələr Palatasının üzvü rastlaşdığı hər kəsə Prezideüntin onun zənglərinə cavab vermədiyindən şikayətlənir. O, həmçinin qanunvericini “gileyli dəli” və “Respublikaçıların üzqarası” adlandırıb.


media-adspc

Bənzər xəbərlər