media-4858482e-7c48-42ce-a9bc-4e5cd7579455_cx0_cy7_cw0_w1080_h608_s
media-bant_master

Ağ Evə səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman krallığın ABŞ iqtisadiyyatına 1 trilyon dollara qədər sərmayə qoyacağını təsdiqləyib.
ERAmedia xəbər verir ki, Vəliəhd şahzadə ABŞ-la müdafiə əməkdaşlığını və süni intellekt texnologiyaları sahəsində ABŞ liderliyini yüksək qiymətləndirib, Tramp isə Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını həyata keçirmək niyyətini təsdiqləyib.

Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına yatıracağı vəsaiti 600 milyard dollardan 1 trilyon dollara yüksəldir. Bu barədə vəliəhd şahzadə Məhəmməd bin Salman çərşənbə axşamı Ağ Evdə ABŞ Prezidenti Donald Trampa məlumat verib.

Vəliəhd şahzadə bildirib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlıq süni intellekt sahəsində real imkanlar yaradır və iki ölkə arasındakı münasibətlər həlledici əhəmiyyətə malikdir. O həmçinin terrorizmlə mübarizədə birgə səyləri vurğulayıb.

“Biz açıqlaya bilərik ki, həmin 600 milyard dolları demək olar ki, 1 trilyon dollarlıq investisiyaya qədər artırmaq niyyətindəyik”, — deyə o, Oval kabinetdə keçirilən mətbuat konfransında bildirib. Prezident Tramp bu rəqəmi təsdiqləməsini xahiş etdikdə, vəliəhd şahzadə “müsbət” cavab verib.

 

 


media-adspc

Bənzər xəbərlər