media-_87862324_488226322-jpg
media-bant_master

ABŞ Prezidenti Donald Trampın sərvəti sentyabr ayından bəri ailəsinə məxsus “Trump Media and Technology Group” şirkətinin səhmlərinin qiymətinin düşməsi səbəbindən 1.1 milyard dollar azalıb.

ERAmedia bu barədə “Forbes” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Trampın sərvəti 2025-ci ilin sentyabr ayında rekord həddə – 7.3 milyard dollara çatıb və bu, kriptovalyutaya qoyulan investisiyaların hesabına baş verib.

Bu, ona “Forbes” jurnalının versiyasına görə, ABŞ-nin 400 ən varlı insanı siyahısında 201-ci yeri tutmağa imkan verib.

Qeyd edək ki, Trampın sərvəti hazırda 6.2 milyard dollardır.


media-adspc

Bənzər xəbərlər