Türkiyə bunu bacardı: pilotsuz qırıcılar səmada

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “Bayraktar Kızılelma”, daha bir tarixi
sınaqdan keçərək, F-16-nı hədəfə alıb və yerli olaraq hazırlanmış Gökdoğan hava-
hava raketindən istifadə edərək simulyasiya edilmiş atəş zamanı birbaşa zərbə
endirib.
ERAmedia xəbər verir ki, bu barədə şirkətin istehsalçısı Baykara istinadən “Daily Sabah” nəşri məlumat yayıb.
Baykarın məlumatına görə, şirkətin öz resursları ilə hazırlanan “Bayraktar
Kızılelma” döyüş meydanında effektivliyini sübut edəcək daha bir mühüm
mərhələni uğurla yekunlaçdırıb. Çorlu bölgəsində- Tekirdağdağdakı Uçuş Təlimi və Test Mərkəzindən havaya qalxan “Akıncı” pilotsuz döyüş təyyarəsi 15.000 fut yüksəklikdə bir saat 45
dəqiqəlik uçuşu zamanı F-16 qırıcı təyyarələri ilə döyüşə girib və yerli radar və
sursatların inteqrasiyasını sınaqdan keçirib. Şirkətin məlumatına görə, bu uçuş “Bayraktar Kızılelma”nın sınaq zamanı ümumi uçuş müddətini 55 saatdan çoxa çatdırıb.
Sınaq müddətində “F-16”lardan biri “Kızılelma” ilə yaxın düzülüşdə uçuşu
həyata keçirərək platformanın pilotlu qırıcılarla uyğunluğunu nümayiş etdirib,
digər “F-16” isə sınaq ssenarisində hədəf təyyarəsi rolunu yerinə yetirib.
Ural Dəyirmançı










