Ukrayna Azərbaycandan qaz ala bilər
“Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür”.
ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, – deyə Zelenski vurğulayıb.










