Xarici AGENT idi, üstəlik terrorçu və ekstremist oldu
Sahibkar Yevgeni Çiçvarkin (Rusiya Federasiyasında xarici agent elan edilib) Rusiyanın terrorçu və ekstremist siyahısına əlavə edilib.
ERAmedia-nın xəbər verir ki, bu barədə “Rosfinmonitoring” saytı məlumat yayıb.
Siyahıda deyilir: “Çiçvarkin Yevgeni Aleksandroviç. 10 sentyabr 1974-cü ildə Moskva şəhərind anadan olub”.
Siyahıda həmçinin satirik yazıçı Viktor Şenderoviç (Rusiya Federasiyasında xarici agent kimi tanınıb), keçmiş Sankt-Peterburq Şəhər Məclisinin üzvü Maksim Reznik (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) və iqtisadçı Sergey Aleksaşenko (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) da var.
Noyabr ayının 19-da Moskvadakı Doroqomilovski Rayonlararası Prokurorluğu Çiçvarkini xüsusi hərbi əməliyyat haqqında saxta xəbərlər yaymaqda ittiham edib. Müstəntiqlərin sözlərinə görə, 2024-cü ilin iyul ayında iş adamı sosial media platformasında Rusiya Silahlı Qüvvələrinin hərəkətləri haqqında qəsdən yalan məlumatlar ehtiva edən bir paylaşım edib. Bundan əlavə, 2025-ci ilin aprelində o, video və şərhlər paylaşıb.
Xatırladaq ki, RF-nın tanınmış filantropu Çiçvarkin 2008-ci ildən Londonda yaşayır. O, 2022-ci ildə xarici agent kimi tanınıb. O, Rusiyada axtarışa verilib və 17 sentyabr 2025-ci ildə qiyabi olaraq həbs edilib.
Bu ilin iyul ayında “Vaqner” özəl hərbi şirkətinin muzdluları Londonda Yevgeni Çiçvarkini qaçırmağı planlaşdırdığı bildirildi. Adam oğurluğunun koordinatoru Dilan Erl etiraf etdi ki, o, tapşırığı özəl hərbi şirkətlə əlaqəli olan Telegram botu “Privet, Bot” vasitəsilə alıb.
Ondan əvvəl isə Çiçvarkinin Moskvadakı mənzilini satmamaq qərarına gəldiyi bildirilirdi.









