media-vnwhj8j6inkjdrbqqx7gxgbqhpbl0vz3ujatswgf_1200
media-bant_master

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və ABŞ ordusu naziri Kristin Driskoll ilə təxminən bir saat davam edən telefon danışığı həyata keçirib.

ERAmedia xəbər verir ki, tərəflər Vaşinqtonun müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü təkliflərin detallarını, eləcə də davamlı sülhə nail olmaq üçün ABŞ-ın milli təhlükəsizlik müşavirləri ilə birgə iş mexanizmlərini müzakirə ediblər.

Zelenski Ukraynanın ABŞ və Avropa ilə əməkdaşlığa hazır olduğunu bildirib və prosesin ən effektiv, real şəkildə aparılması üçün qarşı tərəflə daimi əlaqəni vacib saydığını vurğulayıb.


media-adspc

Bənzər xəbərlər