media-228059_lrrs0j7rd6

“Paris Saint-Germain” (PSJ) bir müddətdir transfer gündəmində olan Dro Fernandesi rəsmən heyətinə qatdığını elan edib.

ERAmedia xəbər verir ki, Fransa klubu “Barselona”dan 18 yaşlı on nömrə mövqeyində çıxış edən futbolçunun transferini ictimaiyyətə təqdim edib.

PSJ gənc futbolçu ilə 2030-cu ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb. Transfer çərçivəsində “Paris Saint-Germain”in “Barselona”ya 8 milyon avro transfer haqqı ödəyəcəyi bildirilib.

Dro Fernandes transferdən sonra verdiyi açıqlamada bunları deyib:

“Paris Saint-Germain-ə transfer olunduğum üçün çox xoşbəxt və qürurluyam. PSJ uşaqlıqdan bəri izlədiyim, böyük əfsanələrin tarix yazdığı möhtəşəm bir klubdur. Bu formanı geyinmək və hər şeyimi vermək üçün böyük istək və motivasiyaya sahibəm”.

Bu mövsüm “Barselona”nın əsas komandasına cəlb edilən və həm La Liqa, həm də Çempionlar Liqasında şans qazanan Dro Fernandes klub daxilində “Lamine Yamalın orta sahə versiyası” və “Yeni İniesta” bənzətmələri ilə tanınırdı.


media-adspc

Bənzər xəbərlər