media-0101
20 Noyabr – Qarakənd faciəsindən 35 il ötür.
ERAmedia xatırladır ki, 1991-ci il noyabrın 20-si Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalıb.
Həmin gün Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələrinin, jurnalistlərin, eləcə də Rusiya və Qazaxıstandan olan müşahidəçilərin olduğu “Mi-8” tipli helikopter erməni silahlı dəstələri tərəfindən vurulub.
Faciə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həyatını itirib.
Həlak olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev və telejurnalist Alı Mustafayev, videooperator Fəxrəddin Şahbazov və işıqçı Arif Hüseynzadə də var idi.
Qarakənd faciəsi yalnız 22 insanın həyatına son qoymadı. Bu hadisə Azərbaycanın dövlət idarəçiliyinə, jurnalistikasına və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan səylərə də ağır zərbə vurdu.
35 il keçsə də, Qarakənd səmasında baş verən terror undulmur.
Allah rəhmət eləsin!

media-adspc

Bənzər xəbərlər