Bir km hündürlükdə CİDDƏ QÜLLƏSİ
Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilən və dünyanın ən hündür binası olacaq Ciddə qülləsində (Jeddah Tower) tikinti işləri sürətlə davam edir. Bina tamamlandıqdan sonra 828 metirlik Bürc Xəlifə-ni geridə qoyacaq.
ERAmedia xəbər verir ki, hündürlüyü 1000 metr olacaq Ciddə qülləsi, hazırda dünyanın ən hündür binası olan Bürc Xəlifə-ni 172 metr qabaqlayır.
Ciddə qülləsinin tikintisinə 2013-cü ildə başlanılıb. Layihə 2018-ci ildə hansısa səbəbdən dayandırılıb. 2025-ci ilin yanvarından isə tikinti yenidən bərpa olunub. Tikinti işləri təxminən 482 metr hündürlüyə, 120-ci mərtəbə səviyyəsinə çatıb.
Binanın 2028-ci ildə tamamlanması nəzərdə tutulub.










