media-screenshot_464

Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.

ERAmedia xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

O qeyd edib ki, daha üç nəfərin axtarışı davam edir.

“İki qadın və bir uşağın cəsədi tapılıb. Daha üç nəfərin axtarışı isə davam edir”, – deyə Mqebrişvili bildirib.Hadisə yerinə müvafiq bölmələr və xüsusi texnika cəlb olunmaqla, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


media-adspc

Bənzər xəbərlər